Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 09:34
Bakı. Samir Əli - Trend:
İnterpol daha bir azərbaycanlı barədə beynəlxaq axtarış elan edib.
Trend-in məlumatına görə, 1992-ci ildə Qax rayonunun Güllük kəndində anadan olan Elnur Rəcəboğlu terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilir.
27 yaşlı azərbaycanlı barədə Azərbaycanın istintaq orqanı cinayət işi başlasa da, o, istintaqdan yayınıb. Məhkəmə E.Rəcəboğlu barədə həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. Həmin qərar əsasında "İnterpol" E.Rəcəboğlu barədə beynəlxalq axtarış elan edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin