Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 11:32
Bakı. Elnur Bağışov - Trend:
İranın cənubunda yerləşən Xuzistan vilayətinin İyzə rayonunda qoşqulu yük maşını “Tiba” markalı avtomobillə toqquşub.
Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin yol polisi rəisi polkovnik Mənsur Cəmşidi deyib.
M.Cəmşidinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Polis rəisi yaralının xəstəxanaya yerləşdirildiyini deyib.
Cəmşidi bildirib ki, hadisəyə səbəb yük maşınının gözlənilmədən yola daxil olması və “Tiba” markalı avtomobilin sürət həddini aşması olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin