Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2021 19:12
Paleontoloqlar İtaliyanın Triest şəhərinin yaxınlığında yerləşən qədim əhəngdaşı karxanası olan Villaciyo-del-Peskatoredə ilk dəfə dinozavr sürüsü qalıqlarını aşkar ediblər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, tədqiqata Boloniya Universitetinin elm adamları rəhbərlik edir.
Kəşflə bağlı Boloniya Universitetindən verilən açıqlamada aşkar olunan dinozavr skeletlərinin 80 milyon il əvvəl yaşamış tetisadros insularis növünə aid olduğu bildirilib. Yeni tapıntılar arasında İtaliyada indiyə qədər tapılmış ən böyük dinozavrı təmsil edən Bruno adlı yeni dinozavr da daxil olmaqla ən azı 7 nümunə var.