Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiyanın əvvəlinə qayıdırıq? - İnfeksionist AÇIQLADI

Pandemiyanın əvvəlinə qayıdırıq? -  İnfeksionist AÇIQLADI

Tarix: 5 Dekabr 2021 19:18

"26 noyabr 2021-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantı - B.1.1.529-un notasını verdi və onu "Omikron" adlandırdı. Cənubi Afrika Respublikasında yoluxma hallarının artması nəticəsində alimlər bu qənaətə gəldi ki, yeni bir mutasiya ortaya çıxıb. Ölüm hallarının artması sadəcə virusun mutasiyasının çoxluğu ilə deyil, eyni zamanda yoluxma hallarının çoxluğu ilə də əlaqələndirilə bilər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Həkim bildirib ki, "Omikron" ştamının digər mutasiyalardan daha çox öldürücü və ya yoluxdurucu olub-olmadığı hələ məlum deyil:

"Bu barədə tədqiqatlar davam etdirilir. Qorunma yolları, diaqnostik metodlarla xəstəliyin müəyyən olunması və müalicəsi əvvəlki müalicə protokollarına əsasən aparılır. Hər hansı bir dəyişiklik yoxdur. Bu virusdan qorunma yolları həmişəki kimi olaraq qalır: fərdi gigiyena, maska taxılması, özəlliklə ictimai və qapalı yerlərdə ara məsafəsinin gözlənilməsi, eyni zamanda vaksinləşmə. Hələ ki, virus yenidir, yeni məlumatlar ortaya çıxdığı zaman ÜST tərəfindən cəmiyyətə açıqlama veriləcək".

Milli.Az


Etiketlər:  Pandemiyanın əvvəlinə qayıdırıq İnfeksionist AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ