Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin hərbi mövcudluğunu artırır

Çin hərbi mövcudluğunu artırır

Tarix: 7 Dekabr 2021 20:08

Çin Atlantik okeanının sahillərində, Ekvatorial Qvineyada qalıcı hərbi baza qurmağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatnın yaydığı xəbərə görə, Çin Ekvatorial Qvineya sahillərində ilk daimi hərbi bazasını yaratmaq istəyir.

Çinin hərbi baza qurma planı ilə bağlı ətraflı məlumat verilməsə də, Pekin rəhbərliyinin Atlantik okean sahillərində hərbi varlığının bölgədə ABŞ-a qarşı təhdidləri artıracağı şərh edilib.

Həmçinin iddia olunub ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşavirinin müavini Con Finerin 2021-ci ilin oktyabr ayında Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nquema Mbasoqo ilə Çinin təklifini rədd etmək üçün görüşüb.

Milli.Az


Etiketlər:  Çin hərbi mövcudluğunu artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ