Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aya qadın kosmonavt göndəriləcək

Aya qadın kosmonavt göndəriləcək

Tarix: 28 Avqust 2019 15:12

ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir. Bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını istisna etməyib. “Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq”, - o vurğulayıb. Kosmosa çıxışın Beynəlxalq Kosmik Stansiya göyərtəsindən həyata keçiriləcəyi bildirilir.

 

Bir müddət əvvəl bu ideya ABŞ hökuməti tərəfindən də dəstəklənib. Ölkənin vitse-prezidenti Mayk Pensin sözlərinə görə, astronavtlar bazanın yaradılması üçün Ayda uzun müddət qalacaqlar. Siyasətçi Ayda toplanan təcrübənin gələcəkdə astronavtların Marsa göndərilməsinə kömək edəcəyinə əmindir. Bununla yanaşı, Prezident Donald Tramp Administrasiyası 2024-cü ildə Aya enməni və Yer peykinin səthində infrastrukturun yaradılmasını nəzərdə tutan “Artemis” proqramına dəstək nümayiş etdirib.

 

Nizam Nuriyev




Etiketlər:  Aya qadın kosmonavt göndəriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ