Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

APOEL-in baş məşqçisindən iddialı açıqlamalar

APOEL-in baş məşqçisindən iddialı açıqlamalar

Tarix: 28 Avqust 2019 16:36

“Biz həvəskar deyilik. “Ayaks” ötən il Çempionlar Liqasının yarımfinalında oynayıb. Amma istənilən halda, bizim öz aramızdakı oyun heç-heçə yekunlaşıb. İndi cəmi bir oyun, finala bərabər matç olacaq. Rəqibə qarşı necə mübarizə aparacağımızı bilirik. Biz bu final qarşılaşmasını udacağımıza inanmalıyıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll “Ayaks”la bu gün keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin təkrar görüşü ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.

“Bundan əvvəlki mərhələnin matçında (“Qarabağ”la Kiprədəki 1:2 hesabı ilə yekunlaşan oyun nəzərdə tutulur – red) da çətinliklə üzləşmişdik. Amma səfərdə 2:0 hesabı ilə qalib gəlməyi bacardıq. Biz indi də özümüzü təkrar görüşə yaxşı kökləməliyik. Komandam matça hazırdır. Mən həqiqətən bunu hiss edirəm. APOEL-in hər bir oyunçusu cavab görüşündə lider olmalı və yaxşı nəticəyə inanmalıdır” – deyə o bildirib.

Xatırladaq ki, ÇL-in üçüncə təsnifat mərhələsində Tomas Dollun baş məşqçiliyi ilə APOEL “Qarabağ”ı mübarizədə kənarlaşdırıb. Pley-offda isə kiprlilər öz meydanındakı ilk matçda “Ayaks”la bərabərə qalıb (0:0). Bu komandaların cavab görüşü bu gün Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

 


Etiketlər:  APOEL baş məşqçisindən iddialı açıqlamalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ