Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanovun yubiley oyunu

Qurban Qurbanovun yubiley oyunu

Tarix: 28 Avqust 2019 18:00

Sabah Avropa Liqasının pley-off mərhələsinin keçiriləcək “Linfild”lə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı çalışdırıcısı baş məşqçi kimi avrokuboklarda 100-cü matçını keçirəcək.

Q.Qurbanov indiyədək iş başında 99 avrokubok qarşılaşmasının 39-da qələbə qazanıb. Deməli, sabah qələbə də onun üçün yubiley - 40-cı olacaq. Qurbanovun qitəmiqyaslı turnirlərdə 27 heç-heçə və 33 məğlubiyyəti də var. Onun rəhbərlik etdiyi komandalar 106 qol vurub, 104-nü buraxıb.

Məlumdur ki, təcrübəli mütəxəssis avrokuboklara iki komandanın çalışdırıcısı kimi çıxıb. O, məşqçi kimi ilk klubu olan “Neftçi”yə 2, “Qarabağ”a 97 matçda başçılıq edib. Qurbanovun debütü də məhz futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi, kapitanı kimi çempion, kubok sahibi olduğu paytaxt təmsilçisinin “sükanı arxası”nda olub. 2007-ci ildə UEFA kubokunun Avstriya “Rid”i ilə səfər matçında onun komandası 1:3 hesabı ilə uduzub, evdə 2:1 hesabıyla qalib gəlsə də, mərhələ adlaya bilməyib.

Qurbanovun avrokubok görüşlərindən 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. "Neftçi"ylə matçları turnir UEFA Kuboku, "Qarabağ"la isə Avroliqa adlandığı vaxta təsadüf edib.

Qeyd edək ki, "Qarabağ" saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacağı "Linfild"ə 2:3 hesabıyla uduzub. Qurban Qurbanovun komandası bu məğlubiyyətin əvəzini çıxsa, ardıcıl 6-ci il avrokuboklarda qrupa (5-i Avropa Liqasında, 1-i Çempionlar Liqasında) düşəcək (sport24.az).

 


Etiketlər:  Qurban Qurbanovun yubiley oyunu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ