Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 08:16
Avropada yanvar fyuçerslərinin qiymətləri hər min kubmetr üçün 1200 ABŞ dollarını ötüb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Londonun ICE birjasının məlumatında deyilir.
Niderlandın TTF indeksi üzrə fyuçerslərin qiyməti günün birinci yarısında 1170-1200 ABŞ dolları arasında dəyişib.
Sessiya ərzində maksimum qiymət 1 260 ABŞ dolları olub. Ticarətin sonunda qiymət 1233 ABŞ dolları təşkil edib.