Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 08:27
Avstraliya alimləri yeni araşdırma nəticəsində belə qərara gəliblər ki, polifenol maddələrlə zəngin olan tünd şokoladın qəbulu insana sakitləşdirici təsir edir.
Ağ və südlü şokoladın belə təsiri yoxdur.
Araşdırmada 40-65 yaşlar arası 72 nəfər insan iştirak edib. 30 gün ərzində iştirakçılar gündə 1 dəfə şokoladlı içki içirdilər. Bu içkilərin tərkibində polifenolların miqdarı müxtəlif idi.
Eksperimentin sonunda məlum olub ki, tərkibində daha çox polifenollar olan içki qəbul edənlər özünü daha sakit və rahat hiss edirdi və həyatından razı idi.
ScienceAlert xəbər verir ki, bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq alimlər şokoladdan süi-istifadə etməyi tövsiyə etmir. Gün ərzində 1 fincan şokoladlı içki və ya tünd şokolad plitkasının 1/3 hissəsi kifayət edə bilər.