Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pişik sahibinin xərçəng olduğunu hiss etdi

Pişik sahibinin xərçəng olduğunu hiss etdi

Tarix: 12 Dekabr 2021 00:00

Norveçdə pişiyinin davranışından şübhələnən qadın həkimə gedib və özünün xərçəng olduğunu öyrənib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, qadın erkən diaqnoz sayəsində sağalıb.

Belə ki, evdən çıxmaq istəməyən pişik bir anlıq sahibinin mühitindən uzaqlaşmağa başlayıb. Bu davranış dəyişikliklərindən sonra sahibi onu baytara aparıb.

Jesperpus adlı pişiyin heç bir narahatlığı çıxmayıb, lakin həkim heyvanın qəribə davranışından şübhələnib. Buna görə sahibindən bəzi analizlər verməsini istəyib.

Analizlər nəticəsində xərçəng olduğu müəyyən edilən qadın, əməliyyat olunub və erkən müalicə ilə həyatı xilas edilib.

Jesperpusun bu həssaslığı, xüsusi təşəkkür məktubu ilə birlikdə sahibinin yazdığı dördüncü kitabın mövzusuna çevrilib. Jesperpus adlı pişiyinə təşəkkür etmək istəyən qadın onun üçün kitab yazıb.

Qeyd edək ki, Jesperpus dünyada 2016-cı ildə sahibi ilə xizək sürməyin həzzi ilə məşhurlaşmışdı.

Pişiyin haqqında daha üç kitab da var. Onu sosial şəbəkələrdə minlərlə insan izləyir.


Etiketlər:  Pişik sahibinin xərçəng olduğunu hiss etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ