Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Felipe Melonun yeni komandası bəlli oldu

Felipe Melonun yeni komandası bəlli oldu

Tarix: 12 Dekabr 2021 18:38

Braziliya millisinin və Türkiyə "Qalatarasay"ının sabiq futbolçusu Felipe Melonun yeni komandası müəyyənləşib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ölkəsinin "Fluminense" klubu ilə anlaşıb.

Rio-de-Janeyro təmsilçisinin prezidenti Mario Bittenkurun sözlərinə görə, artıq təcrübəli oyunçu ilə razılıq əldə olunub. O, rəsmi açıqlamanın dekabrın 13-də veriləcəyini bildirib.

Qeyd edək ki, 2011 - 2016-cı illərdə "Qalatasaray"ın formasını geyinmiş Felipe Melo son olaraq ölkəsinin "Palmeyras" klubunda çıxış edib.

Milli.Az


Etiketlər:  Felipe Melonun yeni komandası bəlli oldu


RƏYLƏR