Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 300 dolları ötüb

Avropada qazın qiyməti oktyabrdan ilk dəfə 1 300 dolları ötüb

Tarix: 13 Dekabr 2021 19:18

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın əvvəlindən ilk dəfə olaraq 1 300 ABŞ dollarını ötüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, 13 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 354 dollar təşkil edib, bu da ötən günün hərracların bağlanışında qeydə alınan qiymət ilə müqayisədə demək olar ki 8% artım deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.


Etiketlər:  Avropada qazın qiyməti oktyabrdan dəfə dolları ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ