Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 08:14
Acun Ilıcalı İngiltərə Çempionşip komandalarından olan "Hall Siti" klubunu almaq üzrədir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, kluba tez-tez baş çəkən Ilıcalı, danışıqların müsbət istiqamətdə getdiyini açıqlayıb.
Aparıcının "Hall Siti"yə marağı şəhərdə böyük həyəcana səbəb olub. "İngiltərədən klub almaq ən böyük xəyalım idi" deyən Ilıcalıya klub azarkeşləri plakatlarla cavab verib.
"Bristol Siti" matçı öncəsi tribunalarda "Acunun xəyalı vardı, gözəl günlər bizi çağırır" plakatı qaldıran azarkeşlər türk bayraqları ilə məşhur aparıcıya dəstək olublar.
Ilıcalı İngiltərə mətbuatına klubu niyə aldığını və hədəflərini açıqlayıb.
"Deyə bilərəm ki, 3-4 həftə ərzində klubu tamamilə təhvil alacağam. Mənim nəzarətimdə olmayan bəzi texniki detallar var. Amma bircə onu deyə bilərəm ki, klubun sahibi çox kömək etdi və mükəmməl əməkdaşlıq etdi. İngiltərənin bütün klublarını bir-bir nəzərdən keçirəndə bir şey məni "Hall Siti"yə çəkdi. Digər klublara maliyyə baxımından baxanda gördüm ki, "Hall Siti" həqiqətən də forvard klubudur", - Ilıcalı bildirib.
Tanınmış aparıcı İngiltərəyə pul qazanmaq üçün gəlmədiyini bildirib:
"Mən və komandam yalnız uğur üçün gəlirik. Bütün ruhumuz yalnız uğurdan qidalanır. Uğurdan vacib heç nə yoxdur. Təbii ki, buna hər cür hazır olmalısan. Ona görə də deyə bilərəm ki, uğur qazanmaq üçün çox motivasiyalıyıq".