Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 09:14
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu barədə Sonxeber.net-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı 2 ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.