Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 16:12
Avropada qazın qiyməti orta hesabla 5,3 faiz artaraq son iki aydan bu yana ilk dəfə 1400 dollar həddini keçib.
Sonxeber.net xəbər verir ki, Londonun "İCE Futures" birjasında TTF onlayn qaz satışı mərkəzindəki fyüçerslər bugünkü hərracın əvvəlində 1405 USD/1000 kubmetr olub, sonradan 1425,5 dollaradək artıb. Bu da əvvəlki günün orta qiymətinə nisbətən 5 faiz çoxdur.