Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 12:52
"Linfild" Bakıda bir qazanın içinə düşəcək. Buna hazır olmalıdılar. Düşdükləri mühitdə, meydandan kənarda, oteldə, avtobusda, hətta viza məsələsində böyük döyüş olacaq. O, bölgədə işlədiyim üçün duruma bələdəm. Bilirəm ki, orada sizə nə edə bilərlər. Futbolçular oyun başladıqda meydanda güclü olmalıdırlar".
Qol.az-ın Şimali İrlandiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qlentoran" (Şimali İrlandiya) klubunun baş məşqçisi Mik Makdermot Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - "Linfild" cavab oyunu öncəsi fikirlərini bildirərkən deyib.
Şimali irlandiyalı mütəxəssis ilk matçdan sonra baş məşqçi Devid Hiliyə təbrik mesajı göndərdiyini bildirib: "Onların etdiklərini yerli futbol üçün yaxşı hesab edirəm".
İran millisinin sabiq məşqçisi deyib ki, birinci oyunda hesab 3:1 bitsəydi, əla olardı: "Ancaq 3:2 hesabı "Qarabağ"a 1:0 hesablı qələbə üçün daha çox inam verir".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" cavab matçı bu gün saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda Ağdam klubu 2:3 hesabı ilə uduzub.