Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 20:30
Avropada epidemioloji vəziyyətin kəskinləşməsinə İtaliya hakimiyyəti giriş məhdudiyyətlərini erkən sərtləşdirmək və fövqəladə vəziyyətin daha 3,5 ay uzadılması ilə cavab verdi. Bu isə o deməkdir ki, turizmin ən azı qış mövsümündən imtina edilib.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, hökumətin qərarına əsasən, peyvənd statusundan asılı olmayaraq, Aİ və Şengen ölkələrindən İtaliyaya səfər edən hər bir səyahətçi mənfi test nəticəsi təqdim etməlidir və onu ölkədə riayət edilməli olan bir sıra məhdudlaşdırıcı tədbirlər gözləyir.
İtaliya Nazirlər Şurasının iclasında İspaniya sərhədini keçərkən antigenləri olmayan səyahətçilər və digər Aİ, Şengen ölkələrindən gələn peyvənd edilməmiş turistlər məcburi karantinə məruz qalmalıdırlar.
"Avropa İttifaqı ölkələrindən gələn, lakin peyvənd olunmayanlar üçün İtaliyada olmaq üçün mənfi yaxma göstərmək kifayət etməyəcək - onlardan karantindən keçmələri tələb olunacaq. Peyvənd edilənlərdən mənfi yaxma nəticəsi təqdim etmələri də istəniləcək", - deyə rəsmilər bildirib.
İclasda Nazirlər Şurası İtaliyada fövqəladə vəziyyət rejiminin 2022-ci il martın 31-dək uzadılması haqqında fərmanı da təsdiqləyib. Həmçinin super Green pass - yeni tipli "covid" pasportu daşımaq öhdəliyi yenilənib. Daha əvvəl bildirilib ki, sənədin müddəti yanvarın 15-də başa çatıb. Fövqəladə vəziyyətin uzadılmasına əsasən, indi daha 3,5 ay ərzində peyvənd olunmamış turistlərin və İtaliya vətəndaşlarının qapalı restoran, kinoteatr, diskoteka və stadion kimi ictimai yerlərə getməsi qadağan ediləcək.