Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnter”dən yeni transfer

“İnter”dən yeni transfer

Tarix: 29 Avqust 2019 18:32

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Qol.az klubun saytına istinadən xəbər verir ki, Milan təmsilçisi “Fiorentina”dan Kristiano Biraqini transfer edib. 26 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirəcək.

Milanlılar mövsümün sonunda 12 milyon avro qarşılığında müdafiəçinin transfer hüquqlarına sahib ola bilər.

Qeyd edək ki, “İnter”in yetirməsi olan Biraqi, “Kataniya”, “Qranada”, “Peskara” kimi klublarda da çıxış edib. O, 5 dəfə də İtaliya millisinin formasını geyinib.

 


Etiketlər:  İnterdən yeni transfer


RƏYLƏR