Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 08:34
BMT dünyada vaksinasiya ilə bağlı qoyulmuş hədəfə çatmağın vacibliyinə bir daha diqqət çəkib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Təşkilatın baş katibi Antonio Quterreş ölkələri ilin sonunadək dünya əhalisinin 40%-nin peyvəndlənməsi hədəfinə çatmaq üçün konkret addımlar atmağa çağırıb.
Qurum rəhbəri ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, hazırkı templərlə Afrika əhalinin 70%-nin vaksinasiyasına yalnız 2024-cü ilin avqustunda çata bilər. Baş katibin sözlərinə görə, vaksinlərin paylaşdırılmasındakı qeyri-bərabərlik virusun variantlarının nəzarətdən çıxmasına gətirib çıxarır.