Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!

Tarix: 18 Dekabr 2021 09:00

Həkimlər sağlam insanlara yatmazdan 1 saat əvvəl 1 stəkan təmiz qazsız suyu içməyi tövsiyə edirlər. Bu çox vacibdir.

Yuxu zamanı insan orqanizmi nəfəslə, tərlə maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma bütün insan orqanizmi üçün və xüsusilə də ürək-damar sistemi üçün çox ziyanlıdır. Susuzlaşmanın  nəticəsində qan qatılaşır və nəticədə damarlarda trombların əmələ gəlməsi riski artır.

Damarlarda trombların əmələ gəlməsi infarkt və insult kimi ağır pozulmaların ehtimalını artırır.

Bu qayda ciddi böyrək və ürək-damar sistemi xəstəlikləri olan insanlara aid deyil. Bu qrup insanlarda mayenin qəbulu məhdudlaşdırılır.

Milli.Az


Etiketlər:  Yatmazdan əvvəl mütləq 1 stəkan su için


RƏYLƏR