Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 20:26
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonda "Qırmızı Körpü" adlanan yerdə qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardın briqadası və DYP əməkdaşları cəlb olunub.