Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist vəfat edib - FOTO

Əməkdar artist vəfat edib - FOTO

Tarix: 18 Dekabr 2021 23:36

Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.

O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və "Ər" pyesi əsasında hazırlanan "Pirverdinin xoruzu" , "Göz ağrısı" və "Eşq bəlası" bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Əməkdar artist vəfat edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ