Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlləriniz tez-tez tərləyirsə... SƏBƏBLƏR

Əlləriniz tez-tez tərləyirsə...  SƏBƏBLƏR

Tarix: 19 Dekabr 2021 07:03

Bu pozulma lokal hiperhidroz (bədənin hər hansı hissəsinin - əllər, ayaqlar - həddindən artıq tərləməsi) adlandırılır.

Bunun 2 əsas səbəbi var:

- belə hiperhidroz hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır

- irsiyyətlə bağlı olan essensial hiperhidroz. Essensial hiperhidroz xəstəlik sayılmır.

Əllərinizin içi tez-tez tərləyir, nəm olursa, bunun səbəbini araşdırmaq lazımdır.

Saglamolun.az sizə bu səbəbləri təqdim edir:

- hipotoniya (aşağı təzyiq) və ya vegetativ-damar distoniya

- qan dövranının pozulması

- hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olan pozulma). Bu zaman əllər tez-tez nəm və isti olur, bədənin hərarəti artır, insan "səbəbsiz olaraq"  çəki itirir, əsəbi olur.

- qaraciyər və öd kisəsi xəstəlikləri

- xolesterol mübadiləsinin pozulması

- sinir sisteminin fəaliyyətinin pozulması.

Əgər sizdə bu pozulmalardan heç biri aşkar olunmayıbsa, bu essensial hiperhidrozdur. Bu pozulmanı aradan qaldırmaq üçün xalq təbabəti vasitələrindən (palıd qabığı dəmləməsi, zəy, sirkə və soda ilə əl vannaları və s.) istifadə edə bilərsiniz. 


Etiketlər:  Əlləriniz tərləyirsə SƏBƏBLƏR


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ