Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 00:40
"Qarabağ"ın futbolçusu Xayme Romero Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə cavab oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, görüşdə hesabı açan ispan yarımmüdafiəçi əvvəlcə matç haqda danışıb.
- Həqiqətən də çətin oyun oldu. Rəqib qapananda, oyunlar çətin alınır və müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi.
- Erkən qoldan sonra nə üçün qolların ardı gəlmədi?
- 1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapandılar və əks-hücuma bel bağladılar.
- “Qarabağ”da istədiyin məqsədinə çatdın,yoxsa hədəfin Çempionlar Liqasının qrupu idi?
- “Qarabağ”a gələndə avrokuboklarda oynamaq istəyirdim. Əvvəlcə ÇL-də inamla irəlilədik. Davam edə bilərdik. Bu gün bu turnirdə olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq və buna layiqik.
- Qrup mərhələsində “Sevilya” və “Hetafe” də mübarizə aparacaq. Ölkənin komandaları ilə eyni qrupda mübarizə aparmaq istərdin?
- Burada öz ölkəmin komandasına qarşı çıxış etmək mənim üçün maraqlı olardı. İnanıram ki, turnir çox maraqlı keçəcək.
- Çempionatda 200-300 azarkeş olur, ancaq avrokubok matçlarında 15-30 min azarkeş önündə oynayırsan. Sənə qəribə gəlmir?
- Bir az təəccüblü gəlir. Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. Çalışacağıq ki, ümidlərini doğruldaq.