Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evini təmir etdirmək istəyənlər bu xəbəri mütləq izləsin! - VİDEO

Evini təmir etdirmək istəyənlər bu xəbəri mütləq izləsin! - VİDEO

Tarix: 20 Dekabr 2021 17:44

Mənzillərini təmir etdirmək istəyən şəxslər bu işlə məşğul olan şirkətlərdən birinə müraciət ediblər. Həmin şəxslər iddia edirlər ki, təmir şirkətinə külli miqdarda ödəniş edib müqavilə bağlasalar da, onlar evdə çox az iş görüb təmiri yarımçıq saxlayıblar. Buna səbəb nədir və şirkət vətəndaşların pulun niyə geri qaytarmır?. Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. 

Mənzilini təmir etdirmək üçün biri ilkin ödəniş olaraq təmir şirkətinə 26 min, digərləri isə 27 min manat pul ödəyib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu şəxslər iddia edirlər ki, evlərinin təmiri üçün ''Fərda-Dizayn'' MMC ilə müqavilə bağlayıblar. Sifarişçinin sözlərinə görə, mənzilin bir kvadratmetri 400 manatdan olmaqla, şirkətə 26 min manat ödəniş edib. Etdiyi ödənişin bütün qəbzlərini indi də özündə saxlayır. 

Ev sahibi dəfələrlə həmin şəxslərə zəng vurub mənzildə təmir işlərini yarımçıq saxlamalarının səbəbini soruşub. O, iddia edir ki, ''Fərda-Dizayn'' MMC-nin rəhbəri kimi özünü təqdim edən şəxslər  maliyyə problemlərinin olduğunu əsas gətiriblər. Şirkətdən hər dəfə yenidən təmirə başlayacaqlarını desələr də, bu istiqamətdə bir addım atılmayıb. 

Paytaxtın Yasamal rayonunda evini təmir etdirmək istəyən bu şəxs də ''Fərda-Dizayn'' MMC ilə mənzilin bir kvadratmetrinin təmiri üçün 330 manatdan müqavilə bağladığını və 27 min manat ödəniş etdiyini deyir. Amma o da iddia edir ki, şirkət onun da evində işi yarımçıq qoyub. 

Məsələ ilə bağlı biz də ''Fərda-Dizayn'' MMC-nin rəhbəri və adı çəkilən şəxslərə dəfələrlə zəng vursaq da, telefonlarına zəng çatmadı. Əlacsız qalan şikayətçilər polisə də məlumat veriblər. Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev ''Xəzər Xəbər''ə bildirdi ki, bu məsələ Binəqədi rayon polis İdarəsində araşdırılır.

Nazirliyin əməkdaşı Nurlan Əliyev deyir ki, istintaqın yekununda məsələyə hüquqi qiymət veriləcək. 


Etiketlər:  Evini təmir etdirmək istəyənlər xəbəri mütləq izləsin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ