Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 14:04
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti cari ilin oktyabr ayının əvvəlindən ilk dəfə 1 800 ABŞ dollar həddini ötüb.
"APA-Economics"in məlumatına görə, 21 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 803 dollar təşkil edib.
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.