Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 18:26
Hindistanın Maharaştra bölgəsində iki kənddə qan donduran hadisə baş verib. Körpə meymunun itlər tərəfindən öldürülməsi onlara baha başa gəlib. Bir bala meymunun yerinə 250 iti öldürüblər. İtləri hündür binalardan və ağaclardan ataraq öldürməkdə ittiham olunan iki meymunu qəfəsə salıblar.
Sonxeber.net xarici mediaya istinadən xəbər verir ki, meymunların hələ də aqressiv olduqları öyrənilib. Baş verən son hadisələrdən sonra bildirilib ki, Lavul kəndində demək olar ki, it qalmayıb.
Xalqın təşviş içində olduğu və bölgə meşə təsərrüfatı qruplarının itlərin ölümünə səbəb olan iki meymunu qəfəsə saldığı öyrənilib. Qeyd edilib ki, meymunlar bir müddət sonra sərbəst buraxılaraq Naqpur şəhərində meşəyə salınacaq.
Anar Əli