Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 15:12
İtaliyanın Siciliya bölgəsində peyvəndə qarşı çıxan şəxslərin tibb bacıları və həkimlərlə gizli əməkdaşlıq etdiyi üzə çıxıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, peyvənd sertifikatı almaq məcburiyyətində qalan şəxslərin tibb bacılarına pul ödəyərək, saxta sənədlər aldığı məlum olub. Belə ki, onlar peyvənd məntəqələrinə gələrək, əvvəlcədən razılaşdıqları tibb bacılarına yaxınlaşıblar.
Tibb bacıları isə peyvəndi şprisə doldursa da, tətbiq edilən anda peyvəndi kənara boşaldırmış. Hadisə ilə bağlı bir neçə şübhəli saxlanılıb.
Qeyd edək ki, İtaliyada bəzi peşə sahibləri işinə davam edə bilməsi üçün mütləq peyvənd sertifikatı almalıdır.