Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 16:55
Bu gün Xalq artisti Nazpəri Dostəliyevanın 60 illik yubileyidir.
Sonxeber.net xəbər verir ki, yubliyar qaynarinfo-ya açıqlamasında ad günü keçirmədiyini bildirib:
"Hələ ki, yaxşı olmağa çalışıram. Allah hər birinizdən razı olsun. İnanıram ki, bu boyda sevgi ayaqda qalmaq üçün hər zaman mənə kömək olacaq, sevənlərimin gözünü arxada buraxmayacağam".
Sənətçi Yeni il bayramı ilə əlaqədar xalqımızı və onu sevənləri təbrik edib:
"Mənim də Yeni il qabağı xalqıma arzularım var. Mən hər ildə arzularımı efirdən xalqıma çatdırırdım. Bu il isə mətbuatdan səslənirəm, əziz xalqım, sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar ürəkdən təbrik edirəm. İlk növbədə şəhid ailələrinə, şəhid analarına mənim kimi bundan sonra da dik qalmağı, qürurlu olmağı arzulayıram, heç zaman başlarını aşağı əyməsinlər, üzlərindən təbəssüm solmasın. Şəhid analarını bağrıma basıram, onlarla dərd ortağıyam".
Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyevanın oğlu Əli Quliyev 2021-ci il martın 22-də vəfat edib.