Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 20:06
İranın nüvə proqramı olan Əhatəli Birgə Fəaliyyət Planının bərpası üzrə danışıqlar dekabrın 27-də Vyanda bərpa ediləcək.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət xidmətinin baş katibinin müavini Əhatəli Birgə Fəaliyyət Planı üzrə əlaqələndirici Enrik Mor tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ-la sıx əməkdaşlıq, tənzimlənməyən əsas problemlərlə bağlı qərarın qəbul olunması üçün sürətin artması vacibdir: "Səkkizinci raunda xoş gəlmisiniz" - E.Mor tviter səhifəsində qeyd edib.
Qeyd edək ki, Əhatəli Birgə Fəaliyyət Planı 2015-ci ilin yayında qəbul olunub. Lakin ABŞ İranın nüvə proqramından şübhələndiyini elan edərək bu razılaşmadan çıxmışdı.