Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Harada saxlayaq? Soyuducuda yoxsa…

Harada saxlayaq? Soyuducuda  yoxsa…

Tarix: 25 Dekabr 2021 19:36

Yumurta insan istehlakı üçün ən uyğun qidalardan biridir. "Advances in Food and Nutrition Research" jurnalında dərc olunan məqaləyə görə yumurta ən yaxşı pəhriz zülalıdır və əsas vitamin və minerallarla zəngindir.

Sonxeber.net aztibb.az-a istinadən mütəxəssislərin tövsiyəsinə əsaslanaraq, yumurtanı düzgün saxlamağı bilməsi üçün oxucularını məlumatlandırır.

Mətbəx istidirsə yumurtanı soyuducuda saxlamaq daha yaxşıdır. Bundan əlavə, yumurtanın ağına günlər keçdikcə az miqdarda hava daxil olur və sıxlığını azaldır. Bu da yumurtanı keyfiyyətdən salır.

Yumurtaları karton qutularında və soyuducunun içərisindəki rəfdə saxlamaq yaxşıdır. Bir çox insan onları yumurta qablarına qoyur. Amma bu yaxşı fikir deyil, çünki soyuducuda temperaturun ən çox dəyişdiyi yer qapaq hissəsidir.

Yumurtaları karton qutuda saxlamaq onları temperaturun dəyişməsindən, qoxudan və digər qidalarla təmasdan qoruyur. Həmçinin, karton qutuda adətən yumurta qabığına əlavə olunmayan son istifadə tarixi var. Bu vacibdir, çünki onları hansı tarixdə yeməli olduğunuzu sizə xəbər verir.

Buna görə də yumurtaları sabit temperaturda saxlamaq yaxşıdır.


Etiketlər:  Harada saxlayaq Soyuducuda yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ