Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“AstraZeneca” və Oksford Universiteti “omikron”a qarşı birgə peyvənd hazırlayır

“AstraZeneca” və Oksford Universiteti “omikron”a qarşı birgə peyvənd hazırlayır

Tarix: 25 Dekabr 2021 21:36

"AstraZeneca" şirkəti və Oksford Universiteti koronavirusun "omikron" ştamına qarşı peyvənd hazırlamaq üçün birgə işə başlayıblar.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, bu barədə İsveç əczaçılıq şirkəti "AstraZeneca" açıqlama yayıb.

Ötən həftə aparılan laboratoriya araşdırmasında "AstraZeneca"nın "Evusheld" anticisim kokteylinin "omikron"a qarşı neytrallaşdırıcı fəaliyyətini saxladığı aşkar edilmişdi.

Qeyd edək ki, "Pfizer/BioNTech" və "Moderna" şirkətləri də "omikron"a qarşı vaksinlər üzərində işlədiklərini açıqlayıblar.

Milli.Az


Etiketlər:  AstraZeneca Oksford Universiteti omikrona qarşı birgə peyvənd hazırlayır


RƏYLƏR