Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyanı “görünməmiş” sanksiyalarla hədələyib

ABŞ Rusiyanı “görünməmiş” sanksiyalarla hədələyib

Tarix: 26 Dekabr 2021 23:42

"ABŞ Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı "görünməmiş" sanksiyalar tətbiq edə bilər".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezident Kamala Harris "CBS News" telekanalına müsahibəsində deyib.

"Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk", deyə Harris vurğulayıb.

Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, "konkret sanksiyalar" haqqında danışmaq niyyətində deyil.


Etiketlər:  ABŞ Rusiyanı görünməmiş sanksiyalarla hədələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ