Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus orqanizmdə nə qədər qalır?

Koronavirus orqanizmdə nə qədər qalır?

Tarix: 27 Dekabr 2021 11:04

ABŞ Milli Səhiyyə İnstitutu (NIH) alimlərinin araşdırmasının nəticələrinə görə, SARS-CoV-2 virusu bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə daxil ola və orada yeddi aydan çox qala bilər. Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, tədqiqatçılar COVID-dən ölən 44 nəfərin cəsədlərindən alınan nümunələri analiz edib və virusun 230 günə qədər müxtəlif anatomik bölgələrdə qaldığını təsdiqləyiblər.

Araşdırmaya görə, hətta yüngül simptomları olan və ümumiyyətlə heç bir xəstəlik əlamətləri olmayan insanlarda da virus orqanizmin az qala hər yerinə yayılır. Lakin o, ağciyərlərdən və ya tənəffüs yollarından başqa digər yerlərdə əhəmiyyətli iltihabi proseslərə səbəb olmur.


Etiketlər:  Koronavirus orqanizmdə qədər qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ