Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Elşən Quluzadə göstərdiyi şücaətlərə görə altı medalla təltif edilib - VİDEO

Şəhid Elşən Quluzadə göstərdiyi şücaətlərə görə altı medalla təltif edilib - VİDEO

Tarix: 27 Dekabr 2021 14:58

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan qəhrəmanlarımızdan biri də əslən Füzulidən olan Elşən Quluzadədir.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 1998-ci ildə anadan olan Elşən orta məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Texniki-Humanitar Kollecində təhsil alıb. O, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. Daha sonra isə Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.

Elşən Quluzadə Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

Qəhrəman hərbçimiz oktyabrın 13-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. O, 100 gün komada qalıb. Bu müddətdə "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Elşən Quluzadə 100 günlük komadan sonra şəhadətə ucalıb. Qəhrəmanımız Füzulinin Mahmudlu kəndində dəfn olunub. Şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Şəhid Elşən Quluzadə göstərdiyi şücaətlərə görə altı medalla təltif edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ