Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehdiabad qəsəbəsində antisanitar vəziyyət hökm sürür - VİDEO

Mehdiabad qəsəbəsində antisanitar vəziyyət hökm sürür - VİDEO

Tarix: 29 Dekabr 2021 13:50

Paytaxtın Binəqədi rayonu, Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyinin ərazisində antisanitar vəziyyət hökm sürür.

Xezerxeber.az-ın məlumatına görə, günlərlə yığılıb qalan məişət tullantıları bir yeri deyil, şəhərciyin bir çox yerini zəbt edib.

Tullantıların yığılıb qalması ilə bağlı aidiyyəti qurumdan şikayətçi olan sakinlər sözün əsl mənasında çarəsiz qalıblar. Onlar iddia edirlər ki, tullantıların yığılması ilə bağlı dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb.

Məişət tullantılarının nə üçün ərazidən götürülmədiyini aydınlaşdırmaq üçün həmin ərazinin mənzil komunal istismar sahəsinə yollandıq. Sahə rəisi problemin mənbəyinin ödənişlərdən qaynaqlandığını bildirdi.

Bəs sakinlərin bir qismi ödənişi verməkdən imtina etməyə davam edərsə, məişət tullantıları ərazidəmi qalacaq? Bu suala cavab olaraq sahə rəisi bildirdi ki, hazırda bununla bağlı işlər gedir və təqribən 1-2 saat ərzində, ərazidə hər şey öz qaydasına düşəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Mehdiabad qəsəbəsində antisanitar vəziyyət hökm sürür VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ