Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 18:15
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
Sənətçi ona elçi çıxan iş adamından danışıb:
"Bir gün konservatoriyadan çıxıb evə gedəndə marşrutda hündür, yaraşıqlı bir oğlan yanımda oturub, mənə nəsə dedi. Tez düşüb evə qaçdım. Bu proses hər gün davam etdi. Mən də marşrutumu dəyişdim. Bir gün xalamla idim, evə gedirdik. Metroya mindik. Çıxanda gördüm həmin oğlan çıxışda dayanıb gözü ilə məni axtarır. Gəlib avtobusa bizimlə birgə mindi. Dalımızca düşdü. Xalam ona dedi ki, cavan oğlan, bu xanım subay deyil, 2 uşağı var. Halbu ki, mən o zaman boşanmışdım. Oğlan dedi ki, yox, bunun əri yoxdur. Belə qadın çöldədirsə, demək əri yoxdur. O Saxalindən gəlmişdi, iş adamı idi. Adı Orxan idi. Dedi ki, sənətini at, mənimlə birgə gedək. Mən razı olmadım".