Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yeni ştam Azərbaycana da gələcək, buna hazırlıqlı olmalıyıq”

“Yeni ştam Azərbaycana da gələcək, buna hazırlıqlı olmalıyıq”

Tarix: 29 Dekabr 2021 21:02

"Hər yeni ştam əvvəlkindən ən azı yoluxuculuq sürətinə görə fərqlənir. Yay aylarında "Delta" ştamı sürətlə yayılırdısa, artıq yeni "Omicron" ştamı yayılmağa başlayıb. Bəzi ölkələrdə, o cümlədən, bizim qonşularda da yayılır və dominant ştama çevrilir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.

O bildirib ki, yeni ştam Azərbaycana da gələcək və buna hazırlıqlı olmalıyıq:

"Omicron" ştamı Azərbaycana da gələcək. Biz bunun üçün nə etməliyik? Bunun üçün əlavə üsul icad olunmayıb. Əhalinin məsuliyyəti vacib şərtdir. 2 il ərzində dediyimiz qaydalara əməl olunmalı, sıxlıq olan yerlədə az toplaşmalı, maskalardan istifadə etməli, otaqlarda havanı tez-tez dəyişdirməliyik. Bu qaydalara əməl olunsa, əhali vaksinasiyada iştirak etsə, buster doza vurulsa, xəstələnmə hallarının, ağırlaşma hallarının azalmasına gətirib çıxara bilər. Bütün dünyada virusların qarşısı vaksinasiya yolu ilə alınır".


Etiketlər:  Yeni ştam Azərbaycana gələcək buna hazırlıqlı olmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ