Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 07:56
Fransada son sutkada 208 000 yeni yoluxma aşkar edilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Oliviye Veran parlamentdə çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, pandemiya dövründə ilk dəfə ölkədə sutkalıq yoluxma sayı 200 000 nəfəri keçib. Son günlərdə fransızların azı 10%-i koronavirus xəstəsi ilə təmasda olub. Ölkədə aktiv xəstə sayı 1 milyon nəfərdən çoxdur. Parisdə xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin 70%-ni peyvənd olunmayan şəxslər təşkil edir.