Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Türkiyə mallarına qoyulan qadağanı aradan qaldırdı

Ermənistan Türkiyə mallarına qoyulan qadağanı  aradan qaldırdı

Tarix: 30 Dekabr 2021 19:34

Ermənistan hökuməti Türkiyə mallarının idxalına qoyulan qadağanı aradan qaldırıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin Feysbuk səhifəsində məlumat paylaşılıb.

Belə ki, Ermənistan 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qoyulan embarqonu aradan qaldırılacaq.

Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Ermənistan hökumətinin qərarı ilə Türkiyə mallarının Ermənistana idxalına altı aylıq qadağa qoyulub və bu qadağa 2021-ci il yanvarın 1-dən qüvvəyə minib. Yarım il sonra, iyunun 26-da keçirilən iclasda Ermənistan hökuməti türk mallarının idxalına qoyulan qadağanı daha altı ay uzadıb.


Etiketlər:  Ermənistan Türkiyə mallarına qoyulan qadağanı aradan qaldırdı


RƏYLƏR