Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 22:18
Rusiyada epidemioloji vəziyyətin sabitləşməsi fonunda Yeni il üçün məhdudiyyətlər yumşaldılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, ölkənin bölgələrində bir çox ticarət mərkəzləri, restoranlar, teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər və idman obyektləri açıqdır.
2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 9-dək ölkədə qeyri-iş günləri elan edilib.
Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada müxtəlif əyləncə proqramları təşkil olunacaq,
Moskvada Yeni il gecəsi atəşfəşanlıqla qarşılanacaq, paytaxtın müxtəlif rayonlarında yarmarkalar təşkil olunub.