Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyar Ağayev Misir kubokunun yarımfinalında - Yenilənib

Əliyar Ağayev Misir kubokunun yarımfinalında - Yenilənib

Tarix: 31 Avqust 2019 14:24

Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək görüşlərin təyinatlarında dəyişikliklər olunub.

Qol.az xəbər verir ki, bu barədə AFFA Hakim və Hakim-İnspektorlar Komitəsi qərar qəbul edib.

“Qəbələ” – “Keşlə” oyununda Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.

“Neftçi” - “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev, “Səbail” – “Qarabağ” qarşılaşmasının isə 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.

***

Məlumata görə, Əliyar Ağayev Misir Kubokunun yarımfinal matçını idarə edəcək Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Qarşılaşma sabah İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

 


Etiketlər:  Əliyar Ağayev Misir kubokunun yarımfinalında Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ