Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi İdman Klubu” 2021-ci ili də böyük uğurlarla başa vurdu

“Neftçi İdman Klubu” 2021-ci ili də böyük uğurlarla başa vurdu

Tarix: 31 Dekabr 2021 12:10

Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng işlər və iri layihələr hər birimizdə qürur hissi yaratmaqla bərabər, həm də bizləri çox sevindirir. Təbii ki, buna görə ilk növbədə dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq  lazımdır. Ölkəmizin beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər söylədiklərimizin bariz nümunəsidir.

"Neftçi İdman Klubu" bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klub mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Yola salmaqda olduğumuz ilə nəzər salsaq, klubun çoxsaylı uğurlara imza atdığının şahidi olarıq. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 30 növü üzrə 81 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2021-ci ildə "Neftçi İdman Klubu"nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət ərzində həmin işçilər arasında klub tərəfindən çimərlik voleybolu, "Atam, anam və mən" (1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) və mini-futbol (31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnir) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə insan iştirak edib.

Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlara nail olunub.

Respublikamız müstəqillik əldə etdikdən indiyə qədər "Neftçi"nin idmançıları bütün olimpiadalarda (Atlanta, Sidney, Afina, Pekin, London, Rio de Janeyro və Tokio) iştirak edərək ölkəmizə medallarla dönüblər. Bununla bərabər, klubun yetirmələri bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı göylərə ucaltmaqda davam edirlər. Dünyada pandemiyanın hökm sürməsinə baxmayaraq, təkcə 2021- ci il ərzində idmançılarımız 248 medal qazanıblar ki, onlardan da 100-ü qızıl, 52-si  gümüş, 96-sı isə bürüncdür.

"Neftçi İdman Klubu"nun təmsilçiləri bu il Yaponiyada keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək 2 medala sahib olublar.

İdmançılarımızdan sərbəst güləşçi Hacı Əliyev Tokio Olimpiadasında Azərbaycanın aktivinə gümüş medal yazdırıb.

Cüdoçu İrina Kindzerska isə Tokio Olimpiadasının bürünc medalına sahib olub.

Klubun yetirmələrinin Tokioda keçirilən və 163 ölkədən 4400 idmançının 539 dəst medal uğrunda mübarizə apardığı XVI Yay Paralimpiya Oyunlarındakı möhtəşəm çıxışlarını isə xüsusi vurğulamaq  lazımdır.

Ümumiyyətlə, Tokio Paralimpiadası Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazıldı. Dördilliyin zirvə yarışına 36 idmançı ilə qatılan milli paralimpiya komandamız 19 medal (14 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq, 163 ölkə arasında medal siyahısında 10-cu yerdə qərarlaşdı. Bu, yeddinci dəfə Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur.

Qürurverici haldır ki, Azərbaycan komandasının qazandığı bu parlaq qələbədə "Neftçi İdman Klubu"nun yetirmələri böyük pay sahibi oldular. Belə ki, əldə olunan 19 medaldan 8-ni bu klubun idmançıları ölkəmizə qazandırdılar.

"Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində yer alan paracüdoçuları Tokio Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal (6 qızıl, 2 bürünc) qazandırdılar.

Təmsilçilərimizdən Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abbaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) isə bürünc medala sahib oldular.

Beləliklə, qələbələri ard-arda sıralayan paralimpiyaçılarımız Tokio Yay Paralimpiya Oyunlarında tarixi uğura imza atdılar.

Xatırladaq ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edirdi ki, onlardan da 22-si "Neftçi İdman Klubu"nun yetirmələri idi.

Sentyabr ayında Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında da atletlərimiz böyük uğura imza atdılar. "Neftçi İdman Klubu"nun Azərbaycan millisinin heyətində yer alan yetirmələri mötəbər yarışın 6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc) yiyələndilər. Onlardan yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, qadın güləşçimiz Şahanə Nəzərova (50 kq) isə gümüş medal qazandı. Cüdoçularımızdan 60  kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov yalnız həlledici final qarşılaşmasında komanda yoldaşına məğlub olaraq  gümüş medala layiq görüldü. Digər cüdoçumuz Camal Feyziyev (+100) isə yarışı üçüncü pillədə başa vurdu. Samboçumuz Adil Adilzadə (88 kq) də turnirin bürünc medalına layiq görüldü.

Bundan əlavə, "Nefçi"nin  yetirmələri il ərzində dünya, Avropa çempionat və birinciliklərində, eləcə də digər beynəlxalq turnirlərdə əzmlə mübarizə apararaq ölkəmizə medallarla dönüblər.

2021-ci ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm addımlar atılıb.

"Neftçi İdman Klubu" uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hal-hazırda "Neftçi İdman Klubu"nda 24 məşqçinin rəhbərliyi altında 300-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Klubun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.

Ümumiyyətlə, qazandığı yüksək nailiyyətlər sayəsində "Neftçi İdman Klubu" Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə "İlin ən yaxşı idman cəmiyyəti" adına layiq görülüb. Bütün bu göstəricilər "Neftçi İdman Klubu"nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.

"NEFTÇİ İDMAN KLUBU" İCTİMAİ BİRLİYİNİN 2021-Cİ İL ƏRZİNDƏ QAZANDIĞI MEDALLARIN SAYI HAQQINDA

M Ə L U M A T

 

YARIŞLAR

YERLƏR

CƏMİ

I YER

QIZIL

MEDAL

II YER

GÜMÜŞ

MEDAL

III YER

BÜRÜNC

MEDAL

1

OLİMPİYA OYUNLARI

1

1

2

2

PARALİMPİYA OYUNLARI

9

2

11

3

I MDB OYUNLARI

2

2

2

6

4

DÜNYA

6

7

13

26

5

AVROPA

7

8

14

29

6

BEYNƏLXALQ

21

10

17

48

7

RESPUBLİKA

29

15

23

67

8

BAKI

6

5

13

24

9

DİGƏR

20

4

11

35

CƏMİ

100

52

96

248

 

Vüqar Vüqarlı
Milli.Az


Etiketlər:  Neftçi İdman Klubu 2021 ci ili böyük uğurlarla başa vurdu


RƏYLƏR