Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

Hündürboy qadınlarda bu xəstəliklərin riski 3 dəfə çoxdur

Tarix: 1 Yanvar 2022 19:33

Höteborq Universiteti (İsveç) alimləri 30 il ərzində 1,5 mln qadın haqqında məlumatları təhlil etdikdən sonra belə qərara gəliblər ki, hündürboy qadınlarda insult və ürək çatışmazlığı riski alçaqboylu qadınlarla müqayisədə 3 dəfə çoxdur.

The Daily Mail xəbər verir ki, alimlərin fikrinə görə bunun səbəbi hündürboy qadınlarda ürək kameralarının ölçülərinin daha böyük olmasıdır. Bu da ürək və damarlarla bağlı olan riskini artırır.

Bundan əlavə bədən çəkisi 76 kq-dan artıq olan qadınlar da ürək-damar xəstəliklərinə görə risk qrupundadır.

Mütəxəssislər qeyd edir ki, ürək və damar xəstəliklərindən qorunmaq üçün hündürboy qadınlar bədən çəkisini daim normada saxlamalıdır.

Bundan əvvəl Almaniya alimləri tərəfindən keçirilmiş  araşdırma göstərib ki, hündürboy insanlarda xərçəngin riski daha çoxdur.


Etiketlər:  Hündürboy qadınlarda xəstəliklərin riski dəfə çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ