Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2022 21:28
"Arsenal" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu gün 21-ci turda "Mançester Siti" ilə qarşılaşan London təmsilçisi matçın 59-cu dəqiqəsində azlıqda qalıb. Qabriel ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bu, "Arsenal"ın Premyer Liqada indiyədək aldığı 100-cü qırmızı vərəqə olub. Bununla da "topçular" Premyer Liqada 100 qırmızı vərəqə həddinə çatan ilk klub olub.