Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 13:36
VKontakte və Teleqram sosial şəbəkələrinin yaradıcısı Pavel Durov 2021-ci ildə Rusiyada ən çox qazanan milyarderlərin reytinqinə başçılıq edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Durovun gəliri 2021-ci ildə 13.81 milyard artaraq 17.24 milyard dollar təşkil edib.
Reytinqdə ikinci yeri "Uildberries"nin yaradıcısı Tatyana Bakalçuk tutub. Bakalçukun sərvəti 1 il ərzində 11.92 milyard artaraq 13.02 milyard dollar olub.
"Yevroxim"in rəhbəri Andrey Melniçenko 10.60 milyard dollarlıq qazancla siyahının üçüncü pilləsində qərarlaşıb.