Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 20:50
Erməni hərbi ekspert Van Ambartsumyan "Fastinfo"ya verdiyi müsahibəsində bildirib ki, Azərbaycan ötən il çoxlu sayda silah alıb, üstəlik, heç vaxt onda olmayan silahlar alıb.
"Azərbaycan 18 ölkədən silah alıb, Qarabağda yeni hərbi hissələr açıb, Ermənistan isə Rusiyanın onun silahlarından xeyriyyə yardımı kimi nə göndərəcəyini gözləyir", - V.Ambartsumyan deyib.
Ekspert vurğulayır ki, Rusiya bəzən Ermənistana müxtəlif növ silahlar göndərir, lakin bu, kifayət etmir: "Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Müharibə yenidən başlasa, bu tarazlıq Ermənistanın başında pozulacaq".