Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nüvə beşliyi'' birgə bəyanat imzaladı

''Nüvə beşliyi'' birgə bəyanat imzaladı

Tarix: 3 Yanvar 2022 17:50

Çin, Rusiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları və Fransa nüvə silahına malik dövlətlər arasında müharibənin qarşısının alınmasını və strateji risklərin azaldılmasını özlərinin əsas vəzifəsi hesab edirlər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanatında bildirilib.

Fransalı nazir COVİD -19-la bağlı saxta sənəd verənlərdən danışıb: "400-ə yaxın iş araşdırılır"
NATO Baş katibi Norveç Mərkəzi Bankının sədri ola bilər
İngiltərədə məktəbli atasının ona bayram hədiyyəsi olaraq aldığı minaaxtaranla bomba tapıb
"Biz bəyan edirik ki, nüvə müharibəsində qaliblər ola bilməz. Nüvə silahından istifadənin genişmiqyaslı nəticələri olacağına görə, biz də bir daha təsdiq edirik ki, nüvə silahları müdafiə məqsədlərinə xidmət etməli, təcavüzün və müharibənin qarşısını almalıdır. Hesab edirik ki, bu cür silahların daha da yayılmasının qarşısı alınmalıdır", deyə birgə bəyanatda qeyd olunub.

Qeyd edək ki, "nüvə beşliyi" nüvə silahına malik 5 ölkənin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın qeyri-formal birliyidir.


Etiketlər:  Nüvə beşliyi birgə bəyanat imzaladı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ