Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2019 10:16
Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyev Rusiya çempionatının 1-ci divizionunda növbəti qolunu vurub.
Qol.az xəbər verir ki, “Ximki” də çıxış edən K.Əliyev 11-ci turda Moskva “Spartak”ının ikinci komandası ilə qarşılaşıb. “Ximki”nin 1:0 hesabı ilə yekunlaşan matçında yeganə qolun müəllifi K.Əliyev olub.
Qeyd edək ki, azərbaycanlı oyunçu 46-cı dəqiqədə meydana girib, 70-ci dəqiqədə isə fərqlənə bilib. Bu, onun hazırkı mövsümdə 5-ci qolu olub.
“Ximki” 11 turdan sonra 27 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Kamran Əliyevin qoluna 3.20-ci dəqiqədən baxa bilərsiniz